SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Şəbnəm Əsədova (Tovuzlu ) şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. 

BAKU.WS-in məlumatına əsasən, ifaçı "Həyat tərzi” verilişində bildirib ki o, Hacı adlı şəxslə kəbindədir. 

"Mətbuatda mənə layiq olmayan bir şayiəni dərc etdilər. Bütün bunlar isə reklam, oxucu kütləsi toplamaq üçün edildi. Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var”.
 
Aysel.Ş
BAKU.WS