Ötən gün müğənni Rahidə Baxışovanın qardaşının vəfat etməsi xəbəri yayılmışdı.

BAKU.WS məlumat verir ki, ifaçının qardaşının vəfatı ilə bağlı bəzi məqamlar bəlli olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1981-ci ildə anadan olmuş Baxışov Ramin Ramiz oğlu xeyli vaxt imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş. Bir müddətdir Bakıda ixtisaslaşmış xəstəxanada müalicə olunan Raminin vəziyyəti ağırlaşdığından və yaşamaq şansı qalmadığından bir neçə gün əvvəl həkimlər onun evə aparılmasını istəyiblər.

Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsindəki evə gətirilən 35 yaşlı Ramin Baxışov dünən vəfat edib.
 
BAKU.WS