VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərlinin aktyor oğlu Corc Qafarov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında çəkildiyi filmdən kadrlar paylaşaraq ekran işinin yarımçıq qaldığını və ekran işi üçün ayrılan pulun mənimsənildiyini deyib:

“Milyonlarla büdcə” filmin adı... Bu kadrlar çəkilişə hazırlıq prosesi və təlimdir. Keçən il, İkinci Qarabağ müharibəsinə həsr olunan, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim yedi, necə yedi orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orda sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu.

Bundan şikayətci deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməli idiniz, etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanların tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Mən dünyaya işıq saçan insanların tərəfindənəm. Mən nə edirəmsə, təmiz iş görürəm. Mənim işimə, həyatıma sizin kimi keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim var. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Azərbaycan incəsənətinə ləkə salanlar, ümid edirəm bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!"

BAKU.WS
VİDEO