Türkiyənin tanınmış müğənnilərindən olan Bayhan Gürhan Azərbaycana gələcək. 

Bu barədə BAKU.WS-ə azərbaycanlı müğənni Afaq Aslan deyib. O, bildirib ki, türkiyəli həmkarı ilə Bakıda eyni səhnəni paylaşacaq: 

"Xatırlayırsınızsa, bir müddət öncə açıqlamamda söyləmişdim ki, Türkiyədə layihə üzərində çalışıram. Bu işlərin bəhrsəni yaxın müddətdə görəcəyəm. Bütün bu layihələrin içində konsertlər də nəzərdə tutulub. Türkiyədə olanda Bayhanla Bakıda konsert vermək barədə danışdıq. Müsbət razılıq əldə olundu. Gecədə 10 nəfərlik canlı orkestrlə səhnəyə çıxacaq.  Bundan başqa, yeni mahnılar və fotosessiya üzərində çalışıram. Əminliklə deyə bilərəm ki, Azərbaycanda heç bir müğənni belə bir cəsarətli fotosessiya həyata keçirməyib. Bunu mən edəcəyəmm. Gözləməyə dəyər”.
 
Müğənni konsertin vaxtı ilə bağlı dəqiq açıqlama verməyib.
 
Xatırladaq ki, Afaq Aslan bir neçə il öncə Ebru Polatı Bakıya gətirmişdi. Onlar birgə konsert vermişdilər.
 
Aysel.Ş
BAKU.WS