SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün aparıcı Elgiz Əkbər və prodüser Tarix Əliyev (Tolik) müğənni Xatun Əliyevanın övladının toyunda iştirak ediblər. 

BAKU.WS xəbər verir ki, məclisdə eyni masada əyləşən məşhurlar maraqlı söhbətləri ilə diqqət çəkiblər.

Tolik Elgizdən onu verilişində evləndirməsini xahiş edib. Elgiz isə ona belə cavab verib:

"Mən dəqiqliklə özüm üçün bunu yəqin etdim ki, sən artıq evliliyə hazırsan. Zarafata salmayaq. Hər şeyin - evin, maşının var. Sən evliliyin qara tərəfini fikirləşirsən. Xəbərin yoxdur, səndən ötrü ölənlər var". 

Aparıcıların bu dialoqu sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO