Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi

Ağstafada 15 yaşlı yeniyetmənin TikTok üçün çəkilişi faciə ilə nəticələndi
Video
Hadisə 17

Ağstafada 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.

Hadisə rayon ərazisində yerləşən dəmir yolu sahəsində baş verib.

Məlumata görə, rayon sakini Ömər Nəsibov "TikTok" platforması üçün video çəkmək istəyib. Bu məqsədlə o, vaqonlardan birinin üzərinə çıxıb. Bu zaman yeniyetməni elektrik cərəyanı vurub.

Ağır yanıq xəsarətləri alan Ö.Nəsibov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun vəziyyəti stabilləşdirilib və müalicəsini davam etdirməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Yeniyetmənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin şahidi Baku TV-yə bildirib:

"Evdə olarkən güclü partlayış səsi eşitdim. Çölə çıxanda bir nəfərin yandığını gördüm. Biz yaxınlaşana qədər o, yerə yıxıldı. Onu xəstəxanaya çatdırdıq. Sonradan məlum oldu ki, həmin şəxs dostumun qardaşı oğludur".

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər