17 illik tərəf müqabilini televizorda görüb ekranı öpdü - FOTO/VİDEO
12
apr
2023
13:15
17 il "Arka Sokaklar" serialında rol alan Şevket Çoruh ötən mövsüm heyətdən ayrılaraq "Tetikçinin oğlu" serialının baş rol ifaçısı olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk bölümü ilə ekrana gələn serialda tərəf müqavilini görən Özgür Ozan televizorun ekranını öpərək, "Başqa cür görüşə bilmirik", - deyə paylaşım edib.
Aktyorun serialdan paylaşdığı səhnəyə Çoruh, "Sağol Çobanspor", - deyə şərh yazaraq Ozanın "Arka Sokaklar" serialındakı roluna toxunub.
Xatırladaq ki, "Arka Sokaklar" serialı 2006-cı ildən "Kanal D" ekranlarında yayımlanır.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
"Arka Sokaklar"da gözlənilməz ayrılıq - FOTO
Reytinqli layihələrdən olan "Arka Sokaklar" serialında aktyor ayrılığı yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 17 ildir ekran işində rol alan...