SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabrın 6-da üçüncü dəfə əməliyyat olunan əməkdar artist Coşqun Rəhimov yeni konsertin məşqlərinə başlayıb. 

BAKU.WS xəbət verir ki, ötən həftə xəstəxanadan çıxan aktyor özünü yaxşı hiss edir. 

"Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov "Hər şey əladır. Coşqun artıq ayaqüstədir. Rafaellə birlikdə konsertin məşqlərini edirlər” – qeydini sosial şəbəkədə yazıb.
 
Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir. Bir neçə gün əvvəl o, üçüncü dəfə əməliyyat olunub.
"Bu şəhərdə”nin "2 Canlı” adlı növbəti konserti noyabrın 4-dən 8-nə kimi Heydər Əliyev Sarayında olacaq.
 
Aysel.Ş
BAKU.WS