SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Hollivud ulduzu Jan-Klod Van Dammın 62 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, aktyorun azərbaycanlı gəlini Suada Hacızadə sosial şəbəkədə bununla bağıl paylaşım edib. O, həyat yoldaşı və qayınatası ilə olan yeni fotosunu paylaşaraq onu təbrik edib. 

Suada ailə fotosuna "Jan-Klod ata, ad günün mübarək" sözlərini əlavə edib. 

Xatırladaq ki, bir müddət əvvəl Suada Hacızadə qayınanası Qledis Portuqesi də ad günü münasibətilə təbrik etmişdi.

O, qayınanasının şəklini paylaşaraq "Ad günün mübarək, Qledis ana... 65 yaşda hələ belə yaxşı görünən olmamışdı. Hər zaman qəlbin parıldasın və insanları həmişə belə təbəssümlə qucaqlayasan. Mən səni sevirəm" sözlərini yazıb.

Xatırladaq ki, Van Dammın oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlidir. Suada Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır.

BAKU.WS