SİZİN REKLAM BURADA!
055 213 76 73



Tarkanın yeddi günlük açıq hava konsertini izləyənlər arasında həyat yoldaşı Pınar Dilek də olub.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, P.Dilek ilk dəfə jurnalistlərə müsahibə verib. 

"Bütün sevən və evlənən insanlar kimi mən də həyəcanlıyam. Tarkandan evlilik təklifi almağım mənim üçün gözlənilməz olmadı. Çünki uzun müddətdir davam edən münasibətimizi nəhayət, evliliklə nəticələndirdik. Beş illik münasibətimiz var” – deyə Pınar bildirib:
 
"Tarkan pərəstişkarı ilə evləndi” - kimi xəbərlərə münasibət bildirən P.Dilek "yazıldığı kimi deyil, böyük bir eşqin nəticəsində evləndik, keçən müddəti sizə deyə bilmərəm, çox gözəl şeylər yaşandı”, - açıqlamasını verib.
 
"Evdəki Tarkan necədir?” -  sualına isə P.Dilek "çox təbii, çox incə, düşüncəli. Bayırda necədirsə evdə də eynidir” cavabını 
Bir neçə ay öncə burnunda rinoplastika əməliyyatı etdirən P. Dilek gecə boyu nişan üzüyü və brilliyantları ilə də diqqət çəkib.  
 
Onun fotolarını oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS