SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Lalə Mustafayeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında anası Roza Kərimovanın (Mustafayeva) video və fotolarını paylaşıb. Aparıcı 40 ildir müəllim çalışan anasını müəllimlər günü münasibətilə təbrik edib.

Lalə paylaşımda anası Roza xanıma xoş sözlər də ünvanlayıb:

"Bu gün müəllimlər günüdür. 40 il ərzində orta və Ali məktəblərdə şərəflə, vicdanla çalışan anam Roza Kərimovanı (Mustafayeva) və bütün vicdanlı müəllimləri təbrik edirəm! Anamla qürur duyuram! O, müəllim və baş müəllim olaraq vicdanla xidmət göstərib. Əziz müəllimlər, bir daha bayramınız mübarək".

BAKU.WS
VİDEO

QALEREYA