SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Zeynəb Həsəni səhhətindən danışıb. 

BAKU.WS xəbər verir ki, bir müddət əvvəl xərçəngə tutulan sənətçi hazırda vəziyyətinin yaxşı olduğunu deyib. Həsəni buradakı müalicələri bitdikdən sonra yenidən Türkiyəyə gedəcəyini açıqlayıb:

"Hələ ki, hər şey qaydasındadır. Gəldim bura ki, bir az müalicə olunum. İnşallah, yenidən qardaş ölkəyə qayıdacam. Orada yenidən müaliclərimi davam etdirəcəm, sapsağlam geri qayıdacağam. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Heç ağlıma gəlməyən adamlar belə zəng vurub səhhətimlə maraqlandı".

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Bu haqda ifaçı özü məlumat verib.

BAKU.WS
VİDEO