SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. 

BAKU.WS xəbər verir ki, izləyicilərindən biri blogerə "Maldivdə ev, villa almısınız" sualını ünvanlayıb. Aynişan bu suala "Ada almışam" cavabını verib.

Daha sonra Quliyevanın izləyicisi həmin adanın qiymətinin nə qədər oduğunu soruşub. Anişan adanı hansı qiymətə aldığını ona mesaj yazaraq göndərəcəyini bildirib. 

Bloger izləyicilərinin ona ünvanladığı digər şəxsi sualları da cavablandırıb. Quliyeva orta məktəb illərində onu Fərid adlı bir oğlanın sevdiyini deyib. Suallardan biri isə Quliyevaya adı ilə bağlı ünvanlanıb. O, adının nənəsinin adı olduğunu deyib. 

Blogerə "Nə vaxtsa sizi zorla qaçırtmaq istəyiblər, Aybəniz xanım sizi zorla əlindən alıb, bu doğrudur?" sualı da verilib. Aynişan bu sualı belə cavablandırıb:

"17 yaşım var idi. Bir oğlan mənə aşiq olmuşdu. Məhəlləmizdə, maşında otururdu. Qaçırtmağa cəhd etməmişdi, sadəcə anama söz gönədrmişdi ki, qızı verməsiniz qaçırdacam. Sonra gördü ki, qorxan yoxdur, xalamgilə elçi getdi".

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA