Xalq artistindən yazdılar: "Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib" - FOTO/VİDEO

Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi 1.2 milyon izləyicisi olan instaqram hesabında arxiv görüntülərini paylaşıb.
Video 21 il əvvəl - 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın "Ulduzlar bağı" adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.
Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub.
İzləyicilərin əksəriyyəti Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.
Onlar "Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib" deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.
BAKU.WS ifaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edir:










Oxşar xəbərlər
Açıq-saçıq geyimləri cırılan, tənqid edilən, bəyənilməyən azərbaycanlı MƏŞHURLAR - FOTO
Daim bütün diqqətləri üzərinə toplayan sənət aləmindəki məşhurlar bəzən də zaman-zaman qalmaqallı geyimləri ilə gündəmə gəliblər. Bəziləri həddən açıq-saçıq lib...
