SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan "Arka sokaklar" serialında yeni simalar yer alacaq.

BAKU.WS xəbər verir ki, artıq 16 ildir yayımlanan ekran əsərinə Sebahat Kumaş, Cansın Çekili, Batuhan Ekşi, Cem Uçan kimi aktyorlar daxil olacaqlar. Serialda rol alacaq yeni simalar arasında azərbaycanlı aktrisa Nuray Hüseynova da var.

O, ekran işində "Əminə" rolunu ifa edəcək. 

Məlumat üçün bildirək ki, bu Nurayın Türkiyədə rol alacağı ilk serial deyil. Aktrisa bundan əvvəl başqa bir reytinqli layihə olan "Yemin"də də çəkilib. 

BAKU.WS