SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hər gün göz yaşı tökmüşəm. İndiyə qədər də yol ilə gedirəm, bir anlıq yadıma düşür. Bu elə bir faciədir ki, sən yaşadıqca o da səninlə yaşayacaq. Ağır bir dönəmdən keçdim. 3 günün içində hər iki valideynini itirmək çox böyük faciədir".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov deyib. Sənətçi "Maqazin plus"a müsahibəsi zamanı ağır günlərində yaxın dostlarının onun yanında olmamasından gileylənib:

"Heç kimə belə bir şey arzu etmirəm. Tanıdığım insanlar yanımda deyildi. Tanımadığım şəxslər isə mənə başsağılığı verdilər. Hamının yaxını onun üçün əzizdir. Bəzi dostlarım ağır günlərimdə yanımda olmadılar. 8 ay depressiya yaşadım".

Xatırladaq ki, ötən il martın 9-da Əməkdar artistin atası, 3 gün sonra isə anası Laləgül xanım vəfat edib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO