SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Leyla Lydia Tuğutlu evlənib.

BAKU.WS xəbər verir ki, 33 yaşlı aktrisa uzun müddətdir sevgili olduğu Ceyhun Erginlə nikah masasına əyləşdiyini açıqlayıb.

Jurnalistlərin suallarını cavablandıran Leyla ailəsi Almaniyada olduğu üçün toyu orada etdiyini qeyd edib.

Aktrisa evlilik təklifini İtaliyada aldığını bildirib.

Qeyd edək ki, Tuğutlu son olaraq "Büyük Selçuklu" serialında rol alıb.

BAKU.WS