SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Ceren Moray 5 illik həyat yoldaşı Niko Brundan ayrılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa səssiz-sədasız boşanıb.

Cütlük yola getmədikləri üçün anlaşmalı şəkildə evliliklərini sonlandırıblar.

Qeyd edək ki, 35 yaşlı aktrisa, " O hayat benim", "Avlu", "Yalancılar ve mumları" adlı seriallarda çəkilib.

Xatırladaq ki, Moray fransalı həyat yoldaşı ilə 2017-ci ildə Bodrumda nikah masasına oturmuşdu.

BAKU.WS