VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes əhli arasında şəxsi həyatı ilə gündəmdən düşməyən məşhurlar çoxdur. Onların təqdimatlarından çox şəxsi həyatları insanlar üçün daha maraqlıdır desək yanılmarıq.

BAKU.WS xəbər verir ki, “Mtv” kanalı bu dəfə şou-biznesin evlənib-boşanan cütlüklərini araşdırıb.

Şou-biznesin ən qalmaqallı cütlüyü rəqqasə Oksana Rəsulova ilə repçi Elşad Xosenin evliliyi olub. Onlar 2012-ci ildə ailə həyatı qursalar da bu evlilik çox çəkməyib. Qısa müddət sonra cütlük ayrılmaq qərarına gəlib. Rəqqasə repçidən pis vərdişlərinə görə ayrıldığını bildirib. Evlilik zamanı Rəsulova övladını itirib və avtomobilini satıb.

Qalmaqallı evlilik yaşayan digər tanınmış cütlük isə aparıcı Vüsalə Əlizadə ilə həmkarı Azər İsmayılov olub. Onlar 2013-cü ildə evliliklərini sonlandırıblar. Cütlüyün Dilək adında bir qızı var. Azər bu evlilikdən sonra bir neçə dəfə ailə həyatı qurub.

"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktyorlar Ülviyyə Xəlilbəyli və Murad İsmayıl uzun müddət eşq yaşadıqdan sonra evləndilər. Fuad adlı bir övladı olan cütlük hazırda xoşbəxt və firavan ailə həyatı yaşayır.

Həm evlilikləri, həm də boşanmaqları ilə gündəmdən düşməyən digər məşhur cütlük müğənni Natavan Həbibi və repçi Dadodur (Səid Əliyev). Evləndikləri ilk gündən yola getməyən ikili qısa müddət sonra ailə həyatlarını sonlandırıb. Hazırda isə mətbuatda tez-tez onların barışıb, yenidən ayrılması ilə bağlı xəbərlər yer alır. Cütlüyün bu evlilkdən Zeyd adlı oğlu var.

Meyxanaçı Namiq Qaraçuxurlu da bir zamanlar duet ortağı olan Xalq artisti Aygün Kazımovaya aşiq idi. Onun eşqi qarşılıqsız olmayıb. Keçmiş duet ortaqlarının bu münasibəti ülvi hisslər üzərində qurulsa da, onlar yollarını ayırıblar.

Şou-biznesin tanınmış cütlüyü Təranə Qumral və Musa Musayev də bu günə qədər böyük çətinlikdən keçiblər. Buna baxmayaraq onların sevgiləri hər şeyə güc gəlib.

Tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn Gülay Zeynallı və Kamil Zeynallı cütlüyü birlikdə ailə təməllərini qoruyub saxlamağı bacarıblar. Cütlüyün Sahilə adlı azyaşlı qızı var.

BAKU.WS