SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı müğənni Safurə Əliyeva illər əvvəl çəkilən bir klipini paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənninin Cavan Zeynallı ilə birgə çəkilən klipi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Videodan göründüyü kimi Safurənin klipə çəkildiyi dövr yeniyetmə vaxtına təsadüf edib.  
 
Qeyd edək ki, Safurə energitika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
 
Nazim Babayev
BAKU.WS