Zümrüd Bədəlova: "Mədəniyyətsiz mühafizəçilərimizə baxın!" - VİDEO

Aparıcı Zümrüd Bədəlova Bakıda qonaq olan aktyor Burak Özçivitdən müsahibə almaq istəyən jurnalistlərə mane olan mühafizəçiləri tənqid edib.
BAKU.WS xəbər verir ki, görüntülərdə Burak Özçivitin müsahibə vermək istədiyi, lakin mühafizəçilərin ona icazə vermədiyi kadrlar yer alıb. Buna baxmayaraq aktyor yenidən qayıdıb jurnalistlərin suallarını cavablandırıb.
Bu kadrları görən Zümrüd Bədəlova mühafizəçinin hərəkətini tənqid edib:
"İndi bizim yenə işgüzar, mədəniyyətsiz mühafizəçilərimizə baxın. Adam müsahibə vermək istəyir. Sən onu tutub göydə niyə aparırsan? Yaxşı olur sizə!"
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
