SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nurlan Əzizbəyli xarici görünüşü ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, "Xoş beş" verilişinə qonaq olan ifaçı atdığı artıq çəkisi ilə aparıcı İlhamə Bədəlovanı xeyli təəccübləndirib. Nurlan da çox arıqladığını etiraf edərək  onu görən hər kəsin şoka düşdüyünü bildirib.

Mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə efirə çıxan sənətçi 106 kiloqramdan 67 kiloqrama qədər arıqladığını deyib:

"Mədəkiçiltmə əməliyyatına girəndə 106 kiloqram idim. Hazırda isə isə çəkim 67 kiloqramdır. Amma hələ 3 kiloqram da arıqlamalıyam. Əvvəl həkimim dedi 60 kiloqram olmalıyam. Sonra bu çəkinin səhhətimə pis təsir edəcəyini dedi. Əvvəllər idmanla, pəhrizlə arıqlamaq istədim. 10-15 kiloqram ancaq arıqlaya bildim. Köklükdən əziyyət çəkirdim. Artıq çəkilərim ayağıma ağırlıq verirdi. Artıq məndə kompleks yaranmışdı. Son zamanlar köklük və piylənmə mənə əziyyət verirdi. Həyat yoldaşım Nərmin xanımla birlikdə artıq çəkimizdən xilas olduq. O məndən bir neçə ay sonra əməliyyat olundu, haradasa 20 kiloya qədər çəki atıb".

Ətraflı videoda:

BAKU.WS
VİDEO