SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Alim Qasımov müğənni Kərim Abbasovun boşanan xanımlarla bağlı söylədiyi qalmaqallı fikirlərə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, muğam ustadı "show_news" instaqram hesabında Kərimin ünvanına “Sənin canın üçün, kişinin xanımı qaçmaz sənin kimilərdən” sözlərini yazıb. 

Sözügedən yazı ilə bağlı Alim Qasımovla əlaqə saxlamağa çalışdıq. Sənətçinin köməkçisi Səadət xanım saytımıza açıqlamasında o sözləri Alim Qasımovun yazmadığını bildirib:

"O sözləri Alim müəllim yazmayıb! Onun instaqram səhifəsini başqa adam idarə edir. Alim müəlllim ümumiyyətlə instaqramdan istifadə etmir. Onun yerinə səhifəni başqası idarə edir. Səhifə idarəçisi bilməyərəkdən həmin xəbərə Ali müəllimin instaqram hesabından rəy yazıb".

Xatırladaq ki, Kərim Abbasov “MTV maqazin”ə açıqlamasında gender bərabərliyini pozan açıqlama vermişdi. Azərbaycan Audiovizual Şurası sözügedən fikirlərə görə MTV kanalına xəbərdarlıq etmişdi.

Zöhrə Pənahi
BAKU.WS