SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Mələkxanım Eyyubovanın oğlu Nicat universtitetə qəbul olub.

BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib. O, övladı Nicatın fotosunu paylaşaraq onu Ali məktəbə qəbul olması münasibətilə təbrik edib: 

"Canım Nicatım 2 gün əvvəl məzun oldu və bu gün biz öyrəndik ki, universitetə qəbul olub. Oğlum, səni təbrik edirəm. Həmişə uğurlarınla bizi sevindirəsən".

Nicat bundan sonra Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaq. 

Xalq artisti Məleykə Əsədovanın qızı Gülər də Ali təhsil müəssisəsinə qəbul olub. 

Əsədova instaqram hesabında bununla bağlı status paylaşıb. Qızı Gülərin uşaqlıq videosunu yayımlayan ifaçı onun Azərbaycan Diplomatik Akademiyasına daxil olduğunu qeyd edib:

"Gülərim yüksək balla ADA universitetinə, arzuladığı fakültəyə daxil oldu".

 

BAKU.WS