Övladı məktəbə gedən MƏŞHURLAR - FOTO

Bu gün Azərbaycanda orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi tədris forması bərpa olunaraq yeni dərs ilinə start verilib. Hazırda azyaşlılar birinci sinifə qədəm qoymağın sevincini yaşayırlar. Onlar arasında tanınmışların övladları da var.
BAKU.WS övladları birinci sinifə gedən məşhurları təqdim edir:
Aparıcı Aytən Səfərova oğlu Raulu birinci sinifə yola salıb. O, bu haqda sosial şəbəkə hesabında məlumat verib. Aytən paylaşım edərək oğlunu məktəbə getməsi münasibətilə təbrik edib:
“Zehnin açıq, uğurların bol olsun, Raul balam. Məktəbə yeni qədəm qoyursan, artıq 1ci sinfə gedirsən. Vətən üçün oxu təhsil al. Vətənə layiqli xidmət et, oğul!”

Müğənni Elvin Abdullayevin oğlu da bu il məktəbə ilk adımını atan azyaşlılardandır. Övladı Tuncayı ibtidai sinfə yola salan Elvin onunla bağlı status yazaraq təbrik edib:
“Dəyərli balam məktəbə atdığın ilk addımların mübarək. Sevinirəm ki, mənim təhsil aldığım məktəbdə sən də oxuyacaqsan”.

“Şəhid övladları Azərbaycanın şərəfli qeyrətli oğullarına, qızlarına şəhidlərimizin əmanətidir. Biz bu əmanəti öz şərəfimiz kimi qorumalıyıq. Şəhid Elgün Əzizov ruhun şad olsun!”.

“Sabahkı günə görə həm kövrək, həm də həyəcanlıyam. İnşallah ağlayıb özümü biabr etmərəm”.


"Məktəbə gedən bütün balaları təbrik edirəm. Allah bütün valideynləri övladları sarıdan güldürsün. Balaca Lalə də bu gün məktəbə gedib, çox sevincliyəm".

Oxşar xəbərlər
Aytən Səfərovadan etiraz: “Şagirdi məktəbə yola salmağa az qala bir nəsil gəlir” - FOTO/VİDEO
Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. BAKU.WS xəbər verir ki, pandemiyanın...
