VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyu olub.

BAKU.WS xəbər verir ki, Bakıda dəniz qırağında keçirilən məclisdə bir sıra tanınmış şou nümayəndələri yer alıblar.

Aysunun toyunda xına mərasimi də keçirilib. Nazilə Səfərli xına yaxan zaman sənətçi göz yaşlarını saxlaya bilməyərək ağlayıb. Həmin vaxt həyat yoldaşı Eşqin Cəlilov onun göz yaşlarını silərək sakitləşdirməyə çalışıb. 

Şad günündə dostları ilə xeyli əylənən Aysun "Evləndik" adlı mahnı da oxuyub.

Toyda diqqət çəkən məqamlardan biri gəlin və bəyin sadə geyimə üstünlük vermələri olub. Aysun xoş günü üçün sadə gəlinlik, Eşqin isə sadə qara rəngli kostyum seçib. Aysun gecədə 4 libas dəyişib.

Toy boyunca vur çatlasın edən şou əhlinin əyləncəli dəqiqələri kameralar tərəfindən anbaan görüntülənib. Tanınmışlar müxtəlif musiqiləri rəqs edərək sanki yarışıblar. Onlar arasında müğənni Şəbnəm Tovuzlu da olub. O, rəfiqəsi Aysunun şad günündə belinə yaşıl parça bağlayaraq ərəb rəqsi oynayıb.

Toyun səs-küyə səbəb olan məqamı isə aktrisa Pərvin Abıyevanın hər kəsi heyran edən rəqsi olub. Kürək dekolteli ağ libas geyinən Pərvin məşhur türk mahnısı "Ararım sorarım"ın sədaları altında xeyli rəqs edib. Onun bu rəqsi görənləri sözün əsl mənasında feyziyab edib.

Açıq məkanda keçirilən toyda iştirak edən qonaqların böyük əksəriyyəti ağ geyimə üstünlük verib. Onlar arasında tanınmış blogerlər də olub. Məclisdə yaşananlar Aysun İsmayılovanın toyunun əks-sədasının hələ uzun müddət davam edəcəyindən xəbər verir.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO