SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Bred Pitt maraqlı etirafı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktyor Fransanın "Var" bölgəsində yerləşən geniş və dəbdəbəli malikanəsinin həyətində bir il xəzinə axtardığını deyib. 

Bred bildirib ki, tanımadığı bir şəxs ona yaşadığı Miraval villasının həyətində milyonlarla dollar dəyərində xəzinə basdırıldığını söyləyib. 

Pitt bunun üçün ona bu sözü deyən şəxsin şirkətindən xüsusi avadanlıqlar aldığını deyib:

“Xəyali xəzinədən danışan şəxsin niyyətini gec də olsa anladım. Həmin şəxs sahibi olduğu şirkətdən radar avadanlığı aldırmaq üçün bunu etmişdi. Özümü səfeh kimi hiss etdim. Amma onu da etiraf etməliyəm ki, xəzinə axtarmaq çox həyəcanlı idi”.

BAKU.WS
QALEREYA