SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli prodüser Acun Ilıcalının qızı Leyla Ilıcalı orta məktəbi bitirib.

BAKU.WS xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında bildirib. Ilıcalı övladının xoş günündən lentə alınan görüntüləri 13.6 milyon izləyicisi olan instaqram hesabında yayımlayıb. 

Ilıcalı qızı Leyla ilə olan fotolarına "Canım qızım böyüyüb də məzun olub" sözlərini əlavə edərək onu orta məktəbi bitirməsi münasibətilə təbrik edib. 

Qeyd edək ki, Acun Ilıcalının ilk həyat yoldaşından Banu adlı qızı var. O, birinci həyat yoldaşından ayrılaraq 2003-cü ildə Zeynep Yılmazla evlənib. Leyla Acunun ikinci evliliyindən dünyaya gəlib. 2016-cı ildə Zeynepdən də ayrılan Ilıcalı daha sonra Şeyma Subaşı ilə evlənib. Onun bu evlilikdən Melisa adında qızı dünyaya gəlib. 

BAKU.WS
QALEREYA