VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanəndə Almaxanım Əhmədli şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, atası şair Vüqar Əhmədlə "Zaurla Günaydın" proqramına qonaq olan ifaçı ilk dəfə nişanlanması ilə bağlı danışıb.

21 yaşlı Almaxanım nişanlısı ilə qohum olmadığını, təsadüf nəticəsində tanış olduqlarını bildirib. Övladının nişanlısından danışan Vüqar Əhməd qudası ilə 15 il əvvəl qonşu olduğunu açıqlayıb:

"3-4 il çəkdi. Biz onlarla xəbərimiz olmadan 15 il üzbəüz binada yaşamışıq. Bunu sonradan təsadüfən öyrənmişik".

Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin övladı, müğənni İzzət Bağırovun bacısı qızıdır. O, bu ilin martın 23-də sevib-seçdiyi bəylə nişanlanıb. Cütlüyün toyu oktyabrın 23-də şəhər restoranlarından birində baş tutacaq.

 

BAKU.WS
VİDEO