VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun rəhbərlik etdiyi "M Group Production” "Bayram Axşamı” adlı yeni filmin çəkilişinə başlayıb.
 
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, artıq filmin bəzi səhnələri çəkilib. 

Murad Dadaşov özü isə yeni layihə ilə bağlı heç bir açıqlama vermir. O, "İnstagram” bloqunda paylaşdığı şəkildə "Novbəti Novruzda "Bayram axşamı” – qeydini yazıb.

BAKU.WS çəkiliş məkanından əldə etdiyi kadrlarda məlum olub ki, filmə türkiyəli müğənni Alişan da çəkilir.

Filmdə həmçinin rəqqasə Oksana Rəsulova, repçi Qurd (Fərid Eminov), aktyor İslam Mehrəliyev və Xose Bernardo da və başqaları çəkilir.
 
BAKU.WS