15 saniyəlik görüntü ilə ermənilərə od qoyan hərbçimiz: Sülhməramlıya boz qurd işarəsini öyrətdi - VİDEO

15 saniyəlik görüntü ilə ermənilərə od qoyan hərbçimiz: Sülhməramlıya boz qurd işarəsini öyrətdi - VİDEO
Video
Şou-biznes 314

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları ilə bağlı yayılan video sosial şəbəkənin Ermənistan seqmentində böyük rezonans doğurub.

Hər zaman sülhməramlıları yerə-göyə sığdırmayan ermənilər bu dəfə həmin obrazı özlərinin tənqid obyektinə çeviriblər.

Belə ki, yayılan kadrlarda Azərbaycan hərbçisinin sülhməramlı kontingentin üzvü ilə səmimi söhbəti yer alıb. Rusiya sülhməramlısı hərbçimizlə söhbətində onun “Qarabağ Azərbaycandır” sözlərini təkrar edir. Həmçinin rusiyalı hərbçi “Füzuli uşaqlarına salam olsun” ifadəsini də səsləndirir.

Ən maraqlısı isə 15 saniyəlik kadrların sonunda rusiyalı hərbçinin də boz qurd işarəsini öyrənməsi və göstərməsi olub.

Bildiyimiz kimi, boz qurd işarəsi ermənilərin ən çox qorxduğu, həm də sevmədiyi simvol hesab olunur. Bu işarə onlarda həm də türk xalqlarına olan nifrət kimi assosiasiya olunur. Məhz buna görə də sosial şəbəkənin erməni seqmentində sözügedən kadrlar erməniləri kəskin qəzəbləndirib. Sülhməramlıların onların şərəfinə badə qaldırmalarına öyrəşmiş ermənilər rusiyalı hərbçinin azərbaycanlıya qarşı nümayiş etdirdiyi səmimiyyəti isə heç cür həzm edə bilməyiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər