“15 min verib deyirsən ki, gəl toyumu korla” – Əməkdar artist – VİDEO

“15 min verib deyirsən ki, gəl toyumu korla” – Əməkdar artist – VİDEO
Video
Şou-biznes 701
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub.Əməkdar artist toya baha qiymətə gedən müğənniləridən danışıb:“Toya çağırmaq indi əhatə ilə olub. Kimin dairəsi genişdir deyir, filankəsi gətir, digəri də deyir, onu neynirsən, bu biri dostumuzdur, indi zəng edim sənə qiymət də deməyəcək. Bilinməyən, örtülü məqamlar çoxdur. Onları açmağın vaxtıdır. Toya getmək maklerlə olub. Ev, maşın alqı-satqısı maklerlə olar. Mənə deyirlər ki, sizin niyə prodüseriniz yoxdur.Mən Amerikada yaşamıram ki, 200 milyon əhalinin içərisində məni tapmaq çətin olsun. 10 milyon əhalisi olan ölkədə niyə ədəbazlıq etməliyəm?! Müğənni o zaman əlçatmaz olur ki, onun şəxsiyyəti, sənəti olsun. 15 minə getməklə əlçatmaz olunmur. Uzaqdan görünən kəndə nə bələdçi?! İnternetdə əxlaqlılar da, əxlaqsızlar da özləri şəkillərini qoyurlar.Yaxşı da pul qazanırlar. Adlarını çəkməyəcəyəm. Hamı onların kim olduğunu bilir. Müğənniləri qınayırlar ki, 10 minə gedirlər. Yaxşı edib gedir. O pulu səni çarmıxa çəkib səndən güclə almır. Əlinlə 10-15 min verib deyirsən ki, al bu pulu, gəl mənim toyumu korla. O müğənnini kim istəyib? Evdə arvad-uşaq, heç özünün xəbəri belə yoxdur. Onların içərisində yaxşı oxuyanlar da var.Cavanşir Məmmədova 3-5 min vermək istəmirsən, amma 10-7 min verirsən ki, filankəs, gəl, 7 dənə fonoqram oxu mənim toyumda. O müğənni də gəlir ona bir adam yaxınlaşıb şəkil çəkdirmək istəyəndə də üzünü çevirib gedir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qi...

120 Şou-biznes 23:30 06 may 2026

Son xəbərlər