15 ildən sonra İstanbula gələn Riki Martinin tələbləri təəccübləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Latın musiqisinin kralı Riki Martin uzun fasilədən sonra İstanbula gələcək.
BAKU.WS xəbər verir ki, sonuncu dəfə 2011-ci ildə İstanbulda izdihamlı konsert verən "Grammy" və "Latin Grammy" mükafatlı sənətçi 15 illik ayrılıqdan sonra Türkiyədəki pərəstişkarları ilə görüşəcək.
Ulduz 11 iyulda İstanbulun məşhur "Küçükçiftlik Park" məkanında səhnəyə çıxacaq.
Konsert öncəsi sənətçinin təşkilatçılardan istədiyi xüsusi şərtlər isə hər kəsin diqqətini çəkib.
Təbii cavanlaşma və regenerasiya rituallarına böyük maraq göstərən dünyaşöhrətli müğənni, bədənini gümrah saxlamaq üçün kulisdə xüsusi oksigen kapsulunun quraşdırılmasını tələb edib.
Bununla da kifayətlənməyən Riki Martinin Türkiyə proqramına Anadolunun əsrlərdir tətbiq olunan təbii palçıq vannalarını da daxil etdiyi məlum olub.
Mənbələrin verdiyi məlumata görə, 54 yaşlı sənətçi dünyanın fərqli bölgələrinə səfər edərkən mineral qulluq kürləri və palçıq terapiyalarını sınamağı çox sevir.
Həmçinin onun peşəkar komandası da konsertdən əvvəl ulduzun meditasiya etməsi və nəfəs məşqləri keçməsi üçün xüsusi sakit zonaların hazırlanmasına başlayıb.
Qeyd edək ki, Riki Martin "Livin" la Vida Loca", "She Bangs", "Maria", "The Cup of Life" və "Vente Pa" Ca" kimi mahnıları ilə populyarlaşıb.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...