VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Super model İrina Şeykin aktyor sevgilisi Bredli Kuperlə yeni fotoları yayılıb.

BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, cütlük hazırda Sardiniya adasında istirahət edir. Yaxt gəzintisinə çıxan sevgililər öpüşərkən  paparassilərin hədəfinə düşüblər.

Qeyd edək ki, İrina Şeyk Bredli Kuperdən əvvəl dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə sevgili olub.
 
Kriştianno Şeyklə 2009-cu ildə "Armani” moda evinin reklam çəkilişlərində tanış olub. İrina Şeyk kimi tanınan milliyyətcə tatar model İrina Şeyxülislamovadır. İ.Şeyk 1986-cı il yanvarın 6-da Rusiyanın Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. 

O, 19 yaşında ikən "Supermodel-2004” regional gözəllik müsabiqəsinə qatılıb. Sonradan İrinaya Avropada və ABŞ-da iş təklif olunub. İ.Şeyk hazırda dünyanın ən nüfuzlu jurnallarının üz qabığında görünür.

Bredli Kuper isə 2006-cı ildə Jennifer Espozito ilə evlənib. Cütlük 2007-ci ildə boşanıblar. Aktyor 2010-cu ildə həmkarı Rene Zellvegerlə birgə olduğunu açıqlayıb. Bu münasibət 2011-ci ilə kimi davam edib. Bredli Kuper ən son "The Words”  ("Sözlər”) filminin çəkilişi zamanı tanış olduğu Zoi Saldana ilə olan münasibəti də uzun sürməyib, cütlük çox keçmədən ayrılıb.

Oxucularımıza Bredli və Şeykin istirahətlərindən çəkilən həmin fotolarını oxuculara təqdim edirik:
 
BAKU.WS