SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Damla (Məsumə Əliyeva) bu dəfə istirahət üçün Afrikaya yollanıb.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə orada lentə alınan video və fotolarını paylaşıb. İfaçının paylaşdığı şəkillərdən birində oğlu da yer alıb. 

Damlanın övladı İbrahimlə olan fotoları izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Müğənni hazırda Afrikanın cənubundakı Namibiya Respublikasındadır.

Qeyd edək ki, Damla bir müddət əvvəl 9 saatlıq bədənşəkilləndirmə əməliyyatı etdirib. 

BAKU.WS
QALEREYA