SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Damla (Məsumə Əliyeva) sosial şəbəkədə istirahət görüntülərini paylaşıb.

BAKU.WS xəbər verir ki, hazırda Rusiyada olan sənətçi Sankt-Peterburq şəhərindəki qış turizm mərkəzlərindən birinə yollanıb. Əvvəl xizəklə görüntülərini paylaşan Damla daha sonra isti hovuzda olduğu video və fotolarını yayımlayıb. 

İfaçının istirahət görüntüləri sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.

İstifadəçilər "Gərək belə eləməyərdin", "Neynəmək istəyir ki?", "Damlanın özü kimi istirahət yeri də fəlakətdir", "Bu da özünü belə tutdu", "İndi nə edək? Biz Bakıdan çıxa bilmirik!" kimi sözlər yazaraq müğənninin hovuz görüntülərini tənqid ediblər.

 

 

 

 

 

 

 

 

  

BAKU.WS
VİDEO

QALEREYA