SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün əməliyyat olunan müğənni Damlanın (Məsumə Əliyeva) yeni görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçi bıçaq altına yataraq bir neçə prosedurla 9 saatlıq əməliyyat keçirib. O, liposaksiya, kök hüceyrə və sinəkiçiltmə əməliyyatları etdirib. Bununla da Damla artıq piylərdən azad olub.

Bu haqda ifaçının prodüseri Şamil İbrahimov məlumat verib. O, Damlanın bu əməliyyatı klipi üçün etdirdiyini açıqlayıb:

"Çox qorxurdu. Amma sənətinə görə bu əməliyyata girdi... Çünki sənətini sevir. Bunu yeni klipi üçün etdirdi".

BAKU.WS
VİDEO