"Keçmişinə heyifslənməyən, gələcəyindən qorxmayan və onun-bunun həyatına burnunu soxmayan kəs xoşbəxtdir. Xoşbəxt olun!”

BAKU.WS xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı İlkin Həsəni "Facebook” profilində yazıb.
 
Güman ki, aparıcı şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Yeri gəlmişkən, nişanlı olan İ.Həsəni ötən gün axşam.az-a açıqlamasında toyunun bu il olacağını deyib.
 
Qeyd edək ki, İ.Həsəni ATV-nin əməkdaşı Aysellə nişanlanıb.

BAKU.WS