SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Kino Sənəti və Elmləri Akademiyası aktyor Uill Smiti “Oskar” mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində özünün keçirdiyi heç bir tədbirdə iştirakına icazə verməyəcək.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu bəyanatla Amerika Kino Sənəti və Elmlər Akademiyasının prezidenti Devid Rubin və qurumun baş direktoru Don Huds çıxış edib.

Hesabatda deyilir ki, 94-cü Akademiya Mükafatları mərasimi çoxsaylı insanların bayramı olmalı idi.

“Lakin bu anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla pozuldu”, - bəyanatın mətnində qeyd olunur.

Xatırladaq ki, sonuncu “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb.

Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə sillə vurub.

BAKU.WS