SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün rəqqasə Fatimə Fətəliyevanın möhtəşəm ad günü baş tutub. 

BAKU.WS xəbər verir ki, rəqqasə 44 yaşını paytaxtın dəbdəbəli məkanlarından birində qeyd edib. Onun şad gününə ailə üzvləri, yaxınları və tanınmış şou-biznes nümayəndələri qatılıblar. 

Onlar gecədə həm oxuyublar, həm də rəqs ediblər. Fatimənin ad günü hind rəqslərindən ibarət şou ilə diqqət çəkib. Belə ki o, rəqqaslar oynayarkən səhnəyə motosikletlə daxil olub. 

Möhtəşəm gecədə Xalq artisti Aygün Kazımova da iştirak edib. Sevilən hitlərini səsləndirən pop diva məclisi daha da coşdurub.

BAKU.WS Fatimə Fətəliyevanın ad günündən olan həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA