SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il 94-cü dəfə keçirilən "Oskar" mükafatlandırma mərasimində aktyor Vill Smitin həmkarı Kris Roka sillə vurması dünya mətbuatının gündəmini zəbt edib. Mötəbər tədbirdən bir neçə gün keçməsinə baxmayaraq hələ də bütün gözlər ikilinin üzərindədir.

BAKU.WS xəbər verir ki, məlum hadisədən sonra Kris Rok ilk dəfə Los-Ancelesdə kameralara tuş gəlib. Aktyor mühafizəçiləri ilə birlikdə səhnə alacağı salonlardan birinə girərkən görüntülənib. Jurnalistlərin suallarını cavablandıran Rok sillələnmə səhnəsindən danışıb.

"Mən hələ də bu hadisəni həzm etməyə çalışıram. Bağışlayın, əgər siz buna görə gəlmisinizsə, bilin ki, mən hələ də bu işlə məşğulam".

Qeyd edək ki, amerikalı aktyor Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mükafatlandırma mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. O, çıxış zamanı komediya ustası Vill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" deyərək zarafat edib.

Bu zarafata görə Vill Smit səhnəyə qalxıb və Rokun üzünə sillə vurub. O, sonra öz yerinə qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib və Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".

BAKU.WS
QALEREYA