SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səidə Dadaşova xalası Brilliant Dadaşova ilə aralarında yaşanan soyuq münasibətlərdən danışıb.

BAKU.WS xəbər verir ki, "Xəbər ətər" verilişinə qonaq olan sənətçi, hər zaman bir kiçik olaraq xalasına addım atdığını, lakin bundan yorulduğunu dilə gətirib:

"Mən hazırda ailəmlə məşğul oluram. Artıq yoruldum. Hər kəsə ilk addım atmaqdan beynim yoruldu. Fiziki yorulmasam da, beynim artıq sönür. Mən o dəyərli zamanımı övladıma həsr etmək istəyirəm. Vaxtında çox zaman ayırmışam, çox axtarmışam, hörmət saxlamışam".

Qeyd edək ki, Səidə ilə xalası arasında inciklik hər zaman olub və davam edir. Buna səbəb Brilliant Dadaşovanın Səidəni müğənni kimi qəbul etməməsidir.

Ətraflı videoda:

BAKU.WS
VİDEO