SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur müğənnisi Seda Sayan 7-ci dəfə evlənir.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, 59 yaşlı sənətçi özündən 25 yaş kiçik musiqiçi sevgilisi Çağlar Ökten ilə ailə həyatı qurmağa hazırlaşır. 

Sayan 1990-cı ildə Sinan Enginlə ailə həyatı qurub və həmin ildə Oğulcan adlı oğlu dünyaya gəlib. Lakin məşhur müğənni keçmiş futbolçu ilə 1995-ci ildə boşanmaq qərarı alıb.

Qeyd edək ki, Seda Sayan sonuncu dəfə 2008-ci ildə Onur Şanla evlənib. Cütlük 2010-cu ildə boşanıb.

BAKU.WS