"Geyimdə sərhədlərim var. Mən efirə şortikdə çıxa bilmərəm”. 

BAKU.WS xəbər verir ki, bu sözləri Zamiq Hüseynov "5/5” verilişində qonaq olarkən deyib.

"Bəzən "İnstagram”da şəkil paylaşanda, ünvanıma sərt sözlər yazırlar. Biri var deyələr ki, bu, sənə yaraşmır, adi qəbul edərsən. Biri də var, yazırlar ki, nə gündəsən. Bilirsiz necədir, insan özünə necə rahatdısa elə də yaşayır. Qarşındakı insanı ələ salmaq lazım deyil. Mən hər zaman özümə yaraşanı geyinirəm. Amma sərhədlərim də var. Mən efirə şortikdə çıxa bilmərəm”. 

BAKU.WS