SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkədə mollalıq edən dindarların sayı 313-ü keçib. Kim cənnətlik, kim cəhənnəmlikdir "yaxşı bilirlər”... Allah bizimlə olsun, qalanlarını boş verək.

BAKU.WS xəbər verir ki, bu sözləri "Eurovision 2011” mahnı yarışmasının qalibi Nigar Camal ötən il keçirdiyi avtomobil qəzasını xatırlarkən, "İnstagram” bloqunda yazıb.

Ötən il keçirdiyi avtomobil qəzasını xatırlayan müğənni "Keçirdiyimiz avtomobil qəzasından bir il ötdü. Bəzən zarafata salıb gülürük, amma o anları heç düşmənimə də arzulamıram. Axmaq insanların danışdıqları və yazdıqları... Nə qədər gərək için murdar ola ki, "əcəb oldu” deyə biləsən” - deyə, qeyd edib:

"Əslində qəzanın niyə olduğunu sadəcə, çox yaxınlarımız bilir. Mən bir nəticə çıxardım: Maşınla, sürətlə zarafat olmaz, məsafəni həmişə qorumaq lazımdır. Allah qoruyanda qoruyur”.

BAKU.WS