SİZİN REKLAM BURADA!
055 213 76 73



 

ABŞ-da istirahət edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto əks-səda doğurub.

BAKU.WS məlumat verir ki, aktrisanın sözügedən fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib. Instagram izləyiciləri fotoya "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" şərhini yazıblar.

İzləyicilərin onun ünvanına yadığı sərt sözlərdən əsəbiləşən aktrisa cavabında bunları yazıb:
 
"Dərin deyilsən, intellektual deyilsən, sənətçi deyilsən, tənqidçi deyilsən, şair də deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarıma fikir bildirəndə..." 

Bu gün isə Nəsrin Instaqram hesabını bağlayıb. Aktrisanın Instagramı izləyicilərin tənqidi sözlərindən təngə gəlib bağladığı ehtimal edilir. 

Qeyd edək ki, N.Cavadzadə Türkiyədə yaşayıb, fəaliyyət göstərir. 
 
BAKU.WS