SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə məşhur "Women's Health" jurnalının Türkiyə versiyasının fevral buraxılışının üz qabığına çəkilib. 

BAKU.WS məlumat verir ki, sağlamlıq və maqazin jurnalının fevral buraxılışının siması olan aktrisa fitnes sirlərini bölüşüb. Aktrisanın jurnal üçün açıq-saçıq fotolarını məşhur türkiyəli fotoqraf Mühsin Akgün çəkib.
 
Jurnalda həmyerlimiz seksi, ideal və cəsur aktrisa kimi təqdim edilib. Aktrisa jurnala açıqlamasında bunları deyib:

"Bədənimi kişilərin xoşladığı formaya salmayacağam. Belə bir insan deyiləm, heç vaxt da olmadım. Mənim xoşuma nə gəlirsə, onu da edəcəyəm".
 
Nəsrin Cavadzadə jurnaldan bəzi fotoları İnstaqram hesabında paylaşıb.
 
BAKU.WS sözügedən fotoları təqdim edir.