SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşovanın evlilik proqramına çıxması ilə bağlı açıqlama verib.
 
BAKU.WS məlumat verir ki, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında anasının sənəti üçün evlilik proqramına çıxdığını deyib:
 
"Anam gözəl aktrisadır. Verilişə o niyyətlə getdi ki, gözəl seriallara çəkilsin. Proqrama çıxmışdı desin ki, belə istedadım var. Amma başqa yerə yozdular. O qədər söz-söhbət çıxdı ki...”.

BAKU.WS