Həyat yoldaşından Xuraman Şuşalıya ROMANTİK AD GÜNÜ SÜRPRİZİ - VİDEO

Ötən gün müğənni Xuraman Şuşalının 39 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçinin həyat yoldaşı Elçin doğum günündə ona romantik sürpriz edib. Şuşalının əri onun üçün paytaxtın dəbdəbəli məkanlarından birini bağlatdıraraq hər tərəfi qızılgül ləçəkləri ilə bəzətdirib.
Romantik ab-havada əri ilə şam yeməyi yeyən Xuraman həmin anları sosial şəbəkə hesabında yayımlayıb. Daha sonra müğənni övladlarının ona bağışladığı hədiyyələrin də videosunu paylaşıb.
Qeyd edək ki, Xuraman Şuşalı həyat yoldaşı ilə çəkilişlərdən birində tanış olub. Hazırda evli olan cütlüyün 4 övladı var.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...
