Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil"

Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: 1200 manat böyük pul deyil
Video
Digər 30

Vətəndaşların turizm şirkətlərinə dair şikayətləri artır.

Baku TV-yə müraciət edən şikayətçi Aynurə Məmmədova "SM Travel" şirkəti ilə bağlı iddia irəli sürüb. O, şirkətə 1 200 manat ödədiyini, lakin yeddi aydır pulunu geri ala bilmədiyini bildirib:

"Mən ofisə yaxınlaşdım. Onlar məndən xarici pasport istədilər. Xarici pasportun arasına pulu qoydum. Ofisdə Maşa xanımın yanında Ruslan müəllimə verdim. Heç bir sənəd vermədilər, məni aldatdılar. Əlimdə sübutlar var".

Şikayətçi həmçinin ofisdə ona qarşı fiziki zorakılıq törədildiyini iddia edib. A.Məmmədova pulunun təzminatla birlikdə qaytarılmasını tələb etdiyini, lakin bununla bağlı razılıq əldə olunmadığını bildirib: "Mən dedim ki, təzminatla pulumu versinlər. Gedib polisə deyiblər ki, vermirik, haraya şikayət edirlər, etsinlər".

"SM Travel" şirkətinin rəhbəri Samir Mədətov isə şikayətçinin ödənişi birbaşa şirkətə etmədiyini bildirib: "Xanım bizim şirkətə ödəniş etməyib. 17-ci Polis Şöbəsində dedim ki, qadın olduğu üçün, övladları olduğu üçün mən bir kişi olaraq pulu qaytara bilərəm. Problem deyil".

S.Mədətovun sözlərinə görə, tərəflər təzminat məsələsində razılığa gələ bilməyiblər: "Xanım razılaşmadı, təzminat tələb etdi. Mən heç kimə təzminat verəsi deyiləm. Onun pulunu qaytarmaqdan yenə də imtina etmirik. 1 200 manat böyük pul deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər